+994 (70) 250-00-88 info@slagroup.az
Facebook Instagram LinkedIn

Sənaye Yağları və Sürtkü Materialları

SLA Group MMC — 2017-ci ildən Azərbaycanda sənaye müəssisələrini dünyanın aparıcı brendlərinin yağları və sürtkü materialları ilə təmin edən rəsmi distribütordur.

Avadanlığın etibarlı işləməsi düzgün seçilmiş sürtkü materialından başlayır. Biz mühərrik və hidravlik yağlarından tutmuş yüksək temperaturlu greslərə, kompressor və reduktor yağlarına, soyuducu və kəsmə mayelərinə qədər geniş çeşiddə məhsul təklif edirik. Hər tətbiq üçün uyğun məhsulun seçimində texniki şöbəmiz yardımçı olur.

10+ sənaye sektoru

Dəmir yolu, dağ-mədən, dəniz, energetika, metal emalı, aviasiya və digər sahələr üçün ixtisaslaşmış həllər.

Rəsmi distribütor

FUCHS, Mobil, Shell, Carl Bechem, ROCOL, Belgin və Cassida brendlərinin orijinal məhsulları.

Texniki dəstək

Yağ analizi, tətbiq üzrə məsləhət və avadanlıq üçün düzgün viskozitet seçimi.

Anbar və çatdırılma

Bakıdakı anbardan operativ çatdırılma və böyük həcmli sifarişlərin idarə olunması.

Hansı məhsulları təklif edirik?

  • Hidravlik yağlar — sənaye hidravlik sistemləri üçün HLP, HVLP tipləri.
  • Reduktor və transmissiya yağları — yüksək yük altında dişli ötürmələrin qorunması.
  • Kompressor yağları — vintli və porşenli kompressorlar üçün.
  • Sürtkü greslər — yüksək temperatur, su və təzyiqə davamlı plastik sürtkülər.
  • Soyuducu və kəsmə mayeləri — metal emalı prosesləri üçün.
  • Mühərrik yağları — yük texnikası və sənaye mühərrikləri üçün.

Niyə düzgün sürtkü materialı vacibdir?

Düzgün seçilmiş yağ avadanlığın aşınmasını azaldır, dayanma vaxtını minimuma endirir və enerji sərfiyyatına qənaət edir. Yanlış məhsul isə vaxtından əvvəl nasazlığa və əlavə xərclərə səbəb olur. SLA Group mütəxəssisləri istehsalçının tələblərinə (OEM spesifikasiyaları) uyğun məhsulu seçməyə kömək edir.

Təmsil etdiyimiz brendlər

FUCHS Mobil Shell Carl Bechem ROCOL Belgin Cassida John Deere

Tez-tez verilən suallar

Sənaye yağlarını Azərbaycanın hansı şəhərlərinə çatdırırsınız?

Bakı və Abşeron daxil bütün Azərbaycan üzrə çatdırılma təşkil olunur. Regional sifarişlər üçün əlaqə saxlayın.

Avadanlığım üçün hansı yağın uyğun olduğunu necə bilim?

Texniki şöbəmizə avadanlığın markası və istehsalçı tələblərini bildirin — uyğun viskozitet və məhsulu sizə təklif edəcəyik.

Böyük həcmli (bochka, IBC) sifarişlər mümkündürmü?

Bəli, məhsullar müxtəlif qablaşdırmalarda — kiçik qutulardan tutmuş 200 litrlik bochka və IBC konteynerlərə qədər təklif olunur.

Sənaye yağı seçimində kömək lazımdır?

Tətbiqinizə uyğun sürtkü materialını seçmək üçün SLA Group texniki mütəxəssisləri ilə əlaqə saxlayın.

Əlaqə Kataloq