Yüksək texnologiyalı sənaye yağları

İlk damladan —
Bizimlə fərqi hiss edin!

Bizim missiyamız – sizi yüksək keyfiyyətli məhsullarla və peşəkar xidmətlə təmin etməkdir. Doğru yağı seçməyin nə qədər vacib olduğunu anlayırıq, buna görə də fərdi yanaşma və ekspert məsləhətləri təklif edirik.

SLA Group MMC

Peşəkar Sənaye
Həlləri

10+ sektorda dünya brendlərinin məhsullarını təqdim edirik.

Rəsmi Distribütor

Rəsmi Distribütor
Şirkəti

FUCHS, Mobil, ROCOL, Belgin, Carl Bechem və digər brendlər üzrə rəsmi distribütor.

SLA Group — Azərbaycanda
Sənaye Yağlayıcılarının Lideri

2017-ci ildə təsis edilmiş "SLA GROUP" MMC sürtkü materialları sahəsində aparıcı bir şirkətdir və xüsusi sənaye sahələrində istifadə edilən avadanlıq və texnikaların yağlara olan tələbatının düzgün şəkildə təmin edilməsində mühüm rolu vardır. Bizim yolumuz sürtkü yağları sahəsində xidmətin səviyyəsini razılaşdırmaqla başladı və bizə güvənib bizimlə əməkdaşlıq edən şirkətlərin sürtkü yağlarına olan tələbatını düzgün müəyyən edərək dəstəkləməyimiz bizi etibarlı bir ad halına gətirdi.

Biz kimik?

Əsas Missiyamız

SLA GROUP şirkəti olaraq Əsas missiyamız sürtkü yağları sahəsində əsasən də xüsusi təyinatlı və ixtisaslaşmış sahələrdə istifadə edilən sürtkü materialları üzrə ixtisaslaşmaq və müştərilərimizə qüsursuz xidmət göstərməkdir.

Bununla əlaqədar olaraq "SLA GROUP"MMC -nin daxilində texniki şöbə yaradılmış, son tükəticilərlə düzgün sürtkü materiallarının istifadəsində müzakirələrin aparılması və məsləhətlərin verilməsi xidməti satış komandası ilə birlikdə fasiləsiz və operativ şəkildə təşkil edilmişdir.

Texniki Dəstək

Gələcəkdə sürtkü materialları sahəsində daha sağlam şəkildə rəqabət mühiti görürük. Məqsədimiz artan rəqabət şəraitində və innovativ dəyişikliklərdə ən müasir texnoloji avadanlıqların sürtkü materiallarına olan tələblərinin düzgün şəkildə müəyyənləşdrilməsi və bizə etibar edən şirkət və şəxslərin fəaliyyət rentabelliyini artırmaqdır.

Bizi Nə Fərqləndirir

"SLA GROUP" MMC-ni digərlərindən fərqləndirən xüsusi və spesifik sektorda daha çevik və geniş məhsul porfelinə sahib olmaqdır. Biz yeni nəsil sürtkü materiallarını neft-qaz, qida, tekstil, metal işləmə, kabel istehsalı, aviasiya, tibb, hərbi sənaye və s. kimi sahələrdə fəaliyyət göstərən təşkilat və müəssisələrə vaxtında və çevik şəkildə təqdim etdiyimiz üçün özümüzlə qürur duyuruq. Keyfiyyət, innovasiya və ya müştəri xidməti kimi aspektlər üzrə sadiqliyimiz bizə hər zaman müştəri məmnuniyyəti qazandırmışdır.

Tariximiz

2017

Bechem GMBH - Azərbaycanda rəsmi distributoru

"SLA GROUP" MMC 2017-ci ildə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və müxtəlif sahələrdə istifadə edilən sürtkü yağlarının satışını Azərbaycan Respublikası daxilində həyata keçirir.

"SLA GROUP" MMC 2017-ci ildən etibarən Almaniyada 1834-cü ildən fəaliyyət göstərən, ağır və yüngül sənaye sektorunda istifadə olunan xüsusi təyinatlı sənaye sürtkü yağlarının və müxtəlif təyinatlı su ilə qarışa bilən soyuducu mayelərin (emulsiyaların) istehsalında ixtisaslaşmış, avadanlıq istehsalçıları tərəfindən tövsiyə edilən CARL Bechem GMBH məhsullarının Azərbaycanda rəsmi yeganə distributoru olmuşdur.

2018

Mobil - Azərbaycana rəsmi distributoru

2018-ci ildə "SLA GROUP" MMC Bakıda öz brend mağazasını "Truck Aptek" adı altında açmışdır. Eyni ilin sonunda, "SLA GROUP" MMC Exxon Mobil məhsullarını Azərbaycana rəsmi şəkildə idxal etməyə başlamışdır. 2018-2019-cu illərdə isə "SLA GROUP" MMC Bridgestone və Continental şinlərinin Azərbaycanda satışını təşkil etmişdir.

2019

FUCHS - Azərbaycanda rəsmi distributoru

"SLA GROUP" MMC 2019-cu ildən etibarən Almaniyanın premium seqmentinə aid FUCHS sürtkü yağlarının və ayrıca olaraq FUCHS brendinin qida sektoruna aid CASSIDA sürtkü materiallarının Azərbaycanda rəsmi distributoru olmuşdur. Eyni il, "SLA GROUP" MMC Shell şirkətinin dəniz yağları və aviasiya bölümü ilə əməkdaşlıq edərək bəzi məhsullarını ölkəyə idxal etməyə başlamışdır.

2022

ROCOL - Azərbaycanda rəsmi tərəfdaşlıq

2020-ci ilin sonlarından etibarən "SLA GROUP" MMC Türkiyənin Belgin mədəni yağları brendi ilə Azərbaycan Respublikasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalanması üçün danışıqlara başlamış, həmin ilin sonundan bu günə kimi Belgin markası altında istehsal edilən sürtkü materiallarının rəsmi eksklüziv distributor şirkəti kimi tanınır və hal-hazırda da əməkdaşlığını uğurla davam etdirir.

Həmçinin, 2020-ci ilin sonlarında xylan örtüklənmə işlərinin qurulması məqsədilə Almaniyanın "PPG (Whitford)" şirkəti ilə əməkdaşlığa başlamış və 2022-ci ildən neft-qaz sektoruna və qida sənayesinə aid olan örtük materialları üçün ilk sifarişini həyata keçirmişdir.

"SLA GROUP" MMC 2022-ci ildən öz məhsul portfelinə dünyanın müxtəlif sənaye sektoruna aid sahələrdə həm keyfiyyətinə, həm də mükəmməlliyinə görə özünəməxsus yeri olan xüsusi sənaye sürtkü materialları istehsal edən "ROCOL" markasını əlavə etmiş və Azərbaycanda rəsmi distributor şirkəti kimi "ITW" korporasiyası tərəfindən rəsmi distributorluq sertifikatı almışdır.

Fəaliyyət İstiqamətlərimiz

Avtomobil Yağları

Bütün növ avtomobillər üçün yüksək keyfiyyətli mühərrik, transmissiya və digər yağlar.

Dəmir Yolu

Dəmir yolu texnikası üçün xüsusi sürtkü materialları və yağlayıcılar.

Mədən Sənayesi

Ağır texnika və mədən avadanlıqları üçün peşəkar həllər.

Dəniz Sektoru

Dəniz mühərrikləri və gəmi avadanlıqları üçün xüsusi yağlar.

Sənaye Yağlayıcıları

Müxtəlif sənaye avadanlıqları üçün geniş çeşidli yağlayıcılar.

Enerji İstehsalı

Enerji stansiyaları və turbinlər üçün yüksək performanslı yağlar.

Metal Emalı

Metal emalı prosesləri üçün soyuducu-yağlayıcı maye və yağlar.

Aviasiya

Aviasiya sənayesi üçün sertifikatlaşdırılmış yüksək texnologiyalı yağlar.

Ağır Yük Mühərrikləri

Ağır yük avtoparkları üçün uzunömürlü mühərrik yağları.

Neft-Qaz Sektoru

Neft-qaz hasilatı və emalı üçün xüsussiyyətli yağlayıcı materiallar.

Brendlərimiz

Bütün Brendlərə Bax

Sertifikatlarımız

01
Shell Sertifikatı
Böyüt
Shell Sertifikatı
02
Belgin Sertifikatı
Böyüt
Belgin Sertifikatı
03
ROCOL Sertifikatı
Böyüt
ROCOL Sertifikatı